Memarlıq və dizayn fakültəsi Rəssamlıq Akademiyasının ən böyük fakültəsidir. Fakültədə tədrisin təşkili milli dekorativ-tətbiqi sənət ənənələrinə və müasir dövrün tələblərinə müvafiq inkişaf edir. Memarlıq və dizayn fakültəsinin bütün ixtisaslarında eyni fundamental baza fənləri: rəsm, rəngkarlıq, kompozisiya, incəsənət tarixi və humanitar fənlər tədris edilir. I təhsil ilində fakültədə dərslər ixtisas qruplarında keçirilir. II kursdan etibarən isə tələbələr təhsillərini ixtisaslaşmalara uyğun tərtib edilmiş emalatxana və layihə otaqlarında davam etdirirlər.
Fakültənin professor- müəllim heyəti və yetirmələri sərgilərdə, şəhərimizin, idarə və təşkilatların tərtibatında fəal iştirak edirlər. Fakültə ilk illər rəssam memar, interyer üzrə rəssam, reklam işi üzrə rəssam, dizayner rəssam, modelyer rəssam, şüşə-keramika, bədii toxuculuq, xalçaçı rəssam və dekorativ tətbiqi sənət və xalq sənəti ixtisaslarını özündə birləşdirmişdi.
Hal hazırda “Memarlıq və Dizayn” fakültəsində 4 kafedra fəaliyyət göstərir:
- “Dizayn”
- “Memarlıq” kafedrası Memar-dizayner mütəxəssis hazırlığı aparır.
- "Geyim dizaynı” kafedrası Modelyer-dizayner mütəxəssis hazırlığı aparır.
- “Rəngkarlıq”
“Dizayn” kafedrası dizaynın 3 ixtisaslaşma:
- Sənaye dizaynı,
- Qrafik dizayn
- İnteryer üzrə dizayner mütəxəssis hazırlığı aparır.
“Memarlıq və Dizayn” fakültəsinin dekanı dos.F.B.Əliyev.