Xəbərlər

01 May

Xəbərlər

Misir gənc Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi-müsabiqə

25.04.2018-ci il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasındakı əməkdaşlığa əsasən 25 dekabr 2017- 05 yanvar 2018-ci il tarixlərində keçirilmiş “Misir gənc Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi-müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi baş tutdu. Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Akdemik Ömər Eldarov, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Dr. Əhməd Sami Elaydi və Akdemiyanın professor-müəllim heyəti, tələbələri iştirak etdilər. Qeyd edək ki, Sərgi-müsabiqədə 16-30 yaş arası gənc rəssamlar iştirak etmişdirlər. Qaliblər Misirə səyahətlə mükafatlanırılmış və bütün iştirakçılara sertifikat verilmişdir.

Oxşar xəbərlər

Xəbərlər

"Əcnəbi tələbələr üçün hazırlıq" kursları

27.06.2018-ci il tarixində ADRA "Əcnəbi tələbələr üçün hazırlıq" kurslarında 2017-2018-ci tədris ilinin imtahanları yekunlaşdı.

Xəbərlər

“Türk İslam sənətləri” adlı sərgi

Aprelin 22-dək davam edəcək sərgidə müxtəlif janr və texnikalarda işlənmiş 80-dən artıq sənət əsəri nümayiş edilib.