Xəbərlər

19 Sep

Xəbərlər

Müsabiqə: "Berlin divarının sökülməsi"

Müsabiqə:  "Berlin divarının sökülməsi"


Almaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri üçün səfirliyin gələcək tədbirlərində istifadə ediləcək Backdrop-fon hazırlamaq üçün müsabiqə keçirir. Mövzu: "Berlin divarının sökülməsinin 30 illik ildönümü".
Təkliflərin təqdim olunması üçün 21 oktyabr 2019-cu il son tarixdir. Almaniya Səfirliyi tərəfindən təsdiq edilmiş komissiya müsabiqənin qalibini seçəcəkdir. Almaniya Səfirliyi ADRA-da təqdim edilmiş bütün layihələrin sərgisini təşkil edəcəkdir. Qalibin elan edilməsi və mükafatlandırılması sərgi zamanı baş tutacaqdır. 
Səfirlik qalib şəxsin orijinal dizaynının Backdropa çap edilməsi ilə bağlı yaranacaq bütün xərcləri öz üzərinə götürür. 
Müsabiqə iştirakçıları 21 oktyabr 2019-cu il tarixinə qədər şəxsi məlumatlarını əlavə etməklə öz təkliflərini Rəssamlıq Akademiyasına təqdim etməlidirlər. 

Əlavə məlumat üçün: Tel: +99 465 42 04  -  səfirliyin mədəniyyət şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.