Новости

22 июля

Новость

22 iyul Milli Mətbuat günü

Əziz dostlar, həmkarlar, dəyərli media nümayəndələri!
22 iyul - Milli Mətbuat Günü münasibətilə Sizləri - sözlə tarix yazan, sözü tarixə yazan hər bir dəyərli jurnalisti Azərbaycan Dövlət Rəssamlıq Akademiyası adından təbrik edirik.Azərbaycan mətbuatı 145 illik tarixində çox böyük və şərəfli inkişaf yolu keçib, tarixin müxtəlif dövrlərində üzləşdiyi ciddi məhrumiyyətlərə baxmayaraq, missiyasını uğurla davam etdirib və bu gün müstəqil ölkəmizin inkişafına mühüm töfhələr verir. Milli mətbuatımız ictimai rəyin düzgün əsaslarda formalaşmasında, cəmiyyətə dürüst informasiya və məlumatların çatdırılmasında, xalqımızın milli mənafe və maraqlar ətrafında səfərbər olunmasında üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Qlobal pandemiyanın bütün bəşəriyyəti təhdid etdiyi və dövlət sərhədinin Tovuz istiqamətində məlum düşmən təxribatının baş verdiyi son günlərdə biz bunu çox aydın şəkildə müşahidə etdik, mətbuat nümayəndələrimizin gərgin, fədakar və məhsuldar əməyinin şahidi olduq. Bir daha Sizi təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.Yorulmayasınız!