Rektor



Ömər Həsən oğlu Eldarov — məşhur heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru.

Ömər Eldarov 1927-ci dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini bitirdikdən sonra Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən Ömər Eldarov mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.

Yaradıcılıqla yanaşı, Ömər Eldarov həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958-1968-ci illərdə o Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Bu illər ərzində məşhur heykəltəraş tərəfindən bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirilib. Ömər Eldarov 1969-1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə isə Ömər Eldarov müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib. Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.

Mükafatları

Məşhur mədəniyyət və incəsənət xadimi, heykəltəraş Ömər Eldarovun yaradıcılığı və ictimai fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
O, müstəqil Azərbaycanın ali dövlət mükafatı olan "İstiqlal" ordeni ilə təltif edilib.
SSRİ (1980) və Azərbaycan Respublikasının (1982) Dövlət mükafatı laureatına layiq görülmüşdür.
”Şərəf nişanı”(1959), “Qırmızı Əmək Bayrağı”(1986), “İstiqlal” ordenləri ilətəltif olunub
16 aprel 2014-cü ildə "Birlik ulduzları-2014" mükafatının laureatı olub.
18 aprel 2014-cü ildə aka­de­mik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adı­na mükafata layiq görülüb.
10 iyun 2015-ci ildə akademik Ömər Eldarov 2015 Avropa Oyunlarının məşəlini Heydər Əliyev Mərkəzinə gətirmişdir.

Əsərləri

Bu cür əsərlər sırasında şairə Natəvanın (1960 il, Bakı), mütəfəkkir şair Məhəmməd Füzulinin (1963 il, Bakı), dramaturq Hüseyn Cavidin (1993 il, Bakı), Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin (1987 il, Naxçıvan) , Sapun dağı hücumu iştirakçıları olmuş 72 –ci diviziyanın əsgərləri "Azərbycanın qorxmaz oğul və qizlarına" həsr olunmuş memorial (1974 il, Sevastopol), Sədrəddin Ayninin (1979 il, Düşənbə), İbn Sinanın (1980, Düşənbə), professor İhsan Doğramacının (2001 il, Ankara), Heydər Əliyevin (2001 il, Qars) heykəlləri , bəstəkar Üzeyir Hacıbəyovun (1955 il, Bakı), rəssam Səttar Bəhlulzadənin (1974 il, Bakı), bəstəkar və caz musiqiçisi Vaqif Mustafazadənin (1984 il, Bakı), dirijor Niyazinin (1989 il, Bakı), yazıçı Süleyman Rəhimovun (1991 il, Bakı), bəstəkar Fikrət Əmirovun (1988 il, Bakı), şərqşünas-tarixçi, akademik Ziya Bünyadovun (2000 il, Bakı), akademik Həsən Əliyevin (1988 il, Bakı) xatirə abidələri "Elegiya" abidəsi (1989 il), akademik Zərifə Əliyevanın (1995 il , Bakı) və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (2004 il, Bakı) qəbirüstü abidələri vardır. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir. Bu qabildən olan "Qızım Lalənin portreti", "Oğlum Müslümun portreti", "Analıq" , "İlin dörd fəslı", "Bacılar" əsərləri şair Nəsiri Xosrovun və yazıçı Rabindranat Taqorun heykəl portretləri müxtəlif vaxtlarda nüfuzlu respublika və beynəlxalq sərgilərdə uğurla nümayini etdirilmişdir.

13 iyul 2000 – ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Rəssamlıq Akadmeiyası yaradıldı. Müsahibələrin birində təvazökar şəxsiyyətinə böyük hörməti və yaradıcılığına yaxından bələd olduğu ustad sənətkar haqqında “ Ömər Eldarovun yaratdığı heykəltəraşlıq əsərləri Azərbaycan xalqının mədəni, mənəvi sərvətidir və onlar Azərbaycan xalqının mədəniyyətini zənginləşdirmişdir. Azərbaycan dövlətinin başçısı kimi mən Ömər Eldarova onun böyük yaradıcılığına, Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərə və yaratdığı əsərlərə görə təşəkkürümü bildirirəm” fikrini söyləyən Ümummilli Liderin sərəncamı ilə bu nüfuzlu ali məktəbə Ömər Eldarov rektor təyin edildi.

Əməkdar incəsənət xadimi, Xalq Rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Rəssamlıq Akademiyasının və dünyanın bir çox nüfuzlu Rəssamlıq Akademiyalarının həqiqi üzvü, akademik Ömər Eldarov 1927 – ci ildə Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olmuşdur. 1942-1945-ci illərdə Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsində, 1945-1951-ci illərdə Leninqraddakı İ.Repin adına Rənqkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsil alıb. Bu akademiyada o, A.T.Matveyev, M.A.Kerzin, V.B.Pinçuk kimi böyük ustadların tələbəsi olub. Ömər Eldarov 19 yaşında bu günə qədər müxtəlif sərgi və müsabiqələrin fəal iştirakçısıdır. O, milli heykəltəraşlığımızın şedevrlər qalereyasını yaratmışdır. Bu əsərlər sırasına Natəvanın (1960), Məhəmməd Füzulinin (Tokay Məmmədovla birgə, 1962), Hüseyn Cavidin (1993) heykəllərini, İbn Sinanın (1980), drijor Niyazinin (1984), Mahatma Qandinin (1987), Rabindranat Taqorun (1987) portretlərini, Prezident Heydər Əliyevin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyeva, Müslim Maqomayev, Şıxəli Qurbanov, Rəşid Behbudov, Tofiq Quliyev, Səttar Bəhlulzadə, Süleyman Rəhimov, Ziya Bünyadov və bir çox tanınmış şəxsiyyətlərin, elm və sənət adamlarının heykəl və büstlərini aid etmək olar.  

Sənətkarın yaratdığı heykəllər təkcə ölkəmizdə deyil, dünyanın bir çoxölkələrində Azərbaycan incəsənətini təmsil edir. Ömər Eldarovun Üzeyir Hacıbəyovun, Vyanadakı Dunay-parkda ucaltdığı büstü, Cənubi Koreyanın açıq səma altındakı məşhur muzeyində ucaldılan “Parçalanmış vətən”, Düşənbə şəhərində ucaldılan İbn Sina və Sədrəddin Ayninin, Ukraynada, Sapun dağda 77-ci Azərbaycanın diviziyasının xatirəsinə ucaldılmış abidələrini misal göstərmək olar. Sədrəddin Ayninin heykəlinə görə Ömər Eldarov SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Türkiyədə ustad sənətkarın yaratdığı Ümummili lider Heydər Əliyevin möhtəşəm abidəsi Qars şəhərində, İhsan Doğramacının heykəli Bikənddə ucalır. Bu əsərlərin xarici ölkələrdə qazandığı uğur Ömər Eldarovun sənətinin milliliklə yanaşı, bəşəriliyidir.

Ömər Eldarov məhsuldar yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısı olmuşdur.Bakı Sovetinin (1969-1973) və müstəqil Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (1995-2000) seçilən Ömər Eldarov öz vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir. 

40 ildən artıqdır ki, akademik Ömər Eldarov təsviri sənət sahəsində yüksək ixtisaslı milli kadrların yetişməsi ilə də məşğuldur. Müxtəlif illərdə İncəsənət İnstitutunun rəssamlıq fakültəsində dərs deyib. 1970-ci ildən SSRİ Rəssamlıq Akademiyasının Bakıdakı Yaradıcılıq Emalatxanasına rəhbərlik edib. Rektoru olmaqla yanaşı Akademiyadakı “Monumental heykəltəraşlıq” frdi emalatxanasına rəhbərlik edən ustad öz bilik və təcrübəsini gənc heykəltəraşlarla bölərək Ömər Eldarov heykəltəraşlıq məktəbini yaradır. Təcrübəli pedaqoq kimi tələbə və magistrların təkcə professional bacarıq və vərdişlərə deyil, eybi zamanda humanitar biliklərə yiyələnməsinə xüsusi diqqət verir. Bir professional olaraq onun əqidəsini “istedadlı rəssam mütləq yüksək savada və erudisiyaya malik olmalıdır” devizi təşkil edir və rektor kimi bu sahədə əlindən gələni əsirgəmir. Mədəniyyət və incəsənətin inkişafındakı əvəzsiz xidmətlərinə görə Ömər Eldarov bir çox dövlət mükafatlarına, orden, medal və fəxri adlara layiq görülüb.

Ustad sənətkar SSRİ Dövlət Mükafatı (1980), Azərbaycan SSR Dövlət Mükafatı (1980), “Şərəf nişanı” (1980), “Qırmızı Əmək Bayrağı” (1980) ordenləri, SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı (1962), “Dostosnıy” (“Layiqli”, 2002), “Akademiyanın 250 illiyi şərəfinə Akademiya qarşısında xidmətlərinə görə” medallar ilə təltif edilib.

Ömər Eldarov müstəqil Azərbaycanın ali dövlət mükafatı olan “İstiqlal” (1997), “Şöhrət” (2002) ordenlərinə layiq görülüb. Görkəmli heykəltəraş 2012-ci ilin dekabr ayının 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilmişdir.